Avroliqada ilin ən yaxşı baş məşqçisi seçildi

İdman

17.04.2025 17:44

12

“Fənərbağça” basketbol komandasının çalışdırıcısı Sarunas Jasikevisius Avroliqada ilin ən yaxşı baş məşqçisi seçilib.   

TodayPress xəbər verir ki, litvalı mütəxəssis “Aleksander Qomelski” mükafatına layiq görülüb.   

O, ilk dəfə bu titula sahib çıxıb.   

Qeyd edək ki, İstanbul təmsilçisi Sarunasın rəhbərliyi altında cari mövsüm Avroliqanın müntəzəm mövsümünü 23 qələbə ilə ikinci sırada bitirərək pley-offa vəsiqə qazanıb.     

Namiq HUN

tag: Fənərbağça,Basketbol,Baş Məşqçi,Oyun,Todaypress.az,