Avroliqa turnirinin güclü dörd komandası müəyyənləşdi
Basketbol üzrə Avropa Liqası turnirində “Dördlər finalı”nın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.
TodayPress xəbər verir ki, “Monako” və “Panatinaikos” klubları pley-off seriyasının 5-ci matçını qələbə ilə başa vurublar.
Fransalı basketbolçular “Barselona”ya 86:85, Yunanıstan təmsilçisi isə “Anadolu Efes”ə 75:67 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıblar.
Mayın 23-25-də baş tutacaq “Dördlər finalı”nda “Monako” “Olimpiakos”la, “Panatinaikos” isə “Fənərbağça” ilə qarşılaşacaq.
Həlledici mərhələnin oyunları ilk dəfə Avropadan kənarda, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.
Namiq HUN
tag: Basketbol,Avropa,Liqa,Komanda,Todaypress.az,