Avroliqa: “Fənərbağça” Berlində qələbə qazandı

İdman

18.10.2024 11:58

Basketbol üzrə Avropa Liqası turnirində IV turun oyunları start götürüb.

TodayPress xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Almaniyada “Alba Berlin” komandasının qonağı olub. Görüş İstanbul təmsilçisinin 78:71 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunlarında “Makkabi Tel-Əviv” (İsrail) evdə “Partizan”a (Serbiya) 79:91, “Olimpia Milano” (İtaliya) isə “Jalgiris”ə (Litva) 82:85 hesabı ilə məğlub olub. 

“Bavariya” (Almaniya) “Paris”ə (Fransa) 109:107, “Real Madrid” (İspaniya) isə “Panatinaikos”a (Yunanıstan) 90:86 hesabı ilə qalib gəlib. 

Namiq HUN

tag: Basketbol, Avropa Liqası, İstanbul, israil, Real Madrid, todaypress.az,