Avroliqa: Basketbolçumuzun oynadığı komanda qalib gəldi

İdman

12.10.2024 09:55

2172

Basketbol üzrə Avropa Liqasında II tura yekun vurulub. 

TodayPress xəbər verir ki, Azərbaycan millisinin legioner basketbolçusu Zaq Ledayın çıxış etdiyi İtaliyanın "Olimpia Milano" klubu isə evdə Fransa "Paris"ini üstələyib 79:74. 

Yunanıstanın "Olimpiakos" klubu Litva təmsilçisi "Zalgiris Kaunas"a qalib gəlib 74:68. 

İspaniyada "Barselona" Almaniyanın "Alba Berlin" kollektivini (88:73) məğlub edib. 

Namiq HUN

tag: İspaniya,Barselona,Almaniya,Azərbaycan millisi,Olimpia Milano,Todaypress.az,