Avroliqa: “Anadolu Efes” seriyanı bərabərləşdirdi
Basketbol üzrə Avropa Liqasında pley-off mərhələsinin oyunları davam edir.
TodayPress xəbər verir ki, Türkiyənin “Anadolu Efes” klubu seriyanın dördüncü matçında doğma azarkeşlər önündə Yunanıstan “Panatinaikos”unu qəbul edib.
İstanbul qarşılaşması “Anadolu Efes”in 85:82 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə seriyada hesab bərabərləşib 2:2.
Cütün qalibini müəyyən edəcək həlledici görüş mayın 6-da keçiriləcək.
Namiq HUN
tag: Anadolu Efes,Panatinaikos,Basketbol,Avroliqa,Todaypress.az,