Avrokuboklara vəsiqə qazanan komandalar

İdman

26.05.2024 13:24

2214

Futbol üzrə Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar məlum olub.

TodayPress xəbər verir ki, bu şərəfə Çempionlar Liqasında çıxış edəcək "Qarabağ"la yanaşı, "Zirə", "Sabah" və "Sumqayıt" klubu nail olub. Sonuncu, 36-cı turda "Sumqayıt" "Qəbələ"ni, "Zirə" "Səbail"i, "Sabah" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Nəticədə çempionatın gümüş medalını qazanan "Zirə" UEFA Avropa Liqasına vəsiqə qazanıb. Premyer Liqanın üçüncüsü olan "Sabah" Konfrans Liqasında iştirak edəcək. Premyer Liqada 4-cü yeri tutan "Sumqayıt" klubu da Konfrans Liqasında mübarizə aparacaq. 

tag: todaypress.az, Avrokubok, Sabah,Zirə, Sumqayıt, Qarabağ, Football, İdman,