Avrokubok oyunları bir dəqiqəlik sükutla start götürəcək
İdman
05.11.2024 09:11
UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turu çərçivəsində noyabrın 7-də keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” matçı bir dəqiqəlik sükutla başlayacaq.
TodayPress xəbər verir ki, Avropanın ali futbol qurumunun yaydığı bəyanatda İspaniyada daşqın qurbanlarının xatirəsinin yad ediləcəyi bildirilib:
"Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar Valensiya və ətraf bölgələrdə ölümcül daşqın qurbanları və zərərçəkənlər 1 dəqiqəlik sükutla yad edillməsi ilə start götürəcək".
Qeyd edək ki, təbii fəlakət zamanı 200-dən çox insan həyatını itirib.
Namiq HUN
tag: Qarabağ, İspaniya, Fəlakət, Bodo Qlimt, Daşqın, todaypress.az,