Avro-2025: Azərbaycan-Macarıstana qarşı

İdman

12.07.2024 11:26

Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

TodayPress xəbər verir ki, millimiz B liqasının son ev oyununda Macarıstanı qəbul edəcək.  

Baş məşqçi Siyasət Əsgərovun komandası qalib gəlsə, həm çempionatın pley-off mərhələsinə vəsiqə qazanacaq, həm də B liqasında qalacaq.

Xorvatiyalı referi Yelena Peykoviçin fit sahibi olacaq Azərbaycan-Macarıstan matçı saat 20:00-da başlayacaq. 

Namiq HUN

tag: Azərbaycan, Avropa, Siyasət Əsgərov, Macarıstan, Mərhələ, todaypress.az,