Avro-2024 start götürdü
İdman
15.06.2024 00:26
Almaniyada futbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Avro-2024-ün açılış mərasimində mərhum, Almaniya futbolunun əfsanəsi Frans Bekkenbauerin xatirəsi yad edilib. Mərasimi Bekkenbauerin həyat yoldaşı açıq elan edib. Avro kuboku meydana Frans Bekkenbauerin həyat yoldaşı Haydi Bekkenbauer gətirib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin hazırkı qalibi İtaliya komandasıdır.
Namiq HUN
tag: Avropa çempionatı, Almaniya, Frans ,Bekkenbauerin,todaypress.az,