AVRO-2024: Robert Levandovski zədələndi
İdman
11.06.2024 00:57
Robert Levandovski zədə səbəbindən Polşa yığmasının Türkiyə millisi ilə yoldaşlıq görüşünü davam etdirə bilməyib.
TodayPress xəbər verir ki, Polşa yığmasının hücumçusu “ay-ulduzlular”la matçın 32-ci dəqiqəsində meydanı erkən tərk edib. "Barselona"nın forvardı dizindəki problemlərə görə oyunu davam etdirə bilməyib və onu Kacper Urbanski əvəzləyib.
Robert Levandovski dörd gündən sonra başlayacaq Avropa çempionatını buraxmaq riski ilə üzləşib.
Qeyd edək ki, Polşa millisi Avro-2024-ün qrup mərhələsində Niderland, Avstriya və Fransa komandaları ilə qarşılaşacaq.
Namiq HUN
tag: AVRO-24, Polşa yığması, Türkiyə millisi, Kacper Urbanski, todaypress.az,