AVRO-2024: Polşa millisində kadr problemi
İdman
11.06.2024 23:05
Robert Levandovski zədə səbəbindən Avro-2024-ün ilk oyununu buraxacaq.
TodayPress xəbər verir ki, Polşa millisi Avropa çempionatının startı ərəfəsində kadr problemləri ilə üzləşib. Qitə çempionatının ilk turunda Niderlanda qarşı Hamburq qarşılaşmasında polyaklara əsas bombardiri Robert Levandovski kömək etməyəcək.
Komandanın digər üzvlərindən Pavel Davidoviç bud əzələsindəki zədədən əziyyət çəkir. Sviderskinin müayinəsi isə ayaq biləyinin burulduğunu göstərib. Hər iki futbolçu üç-dörd gün ərzində tam məşq prosesinə qayıdacaq.
Millinin lideri Robert Levandovskinin zədəsinə gəlincə, komandanın həkimi biseps bud əzələsi yırtıldığından ilk matçdan kənarda qalacaq forvardın Avstriya ilə oyunda meydana çıxması üçün bütün mümkün variantlardan istifadə edəcəklərini deyib.
Namiq HUN
tag: AVRO-2024, Polşa millisi, Pavel Davidoviç, Niderland, todaypress.az,