AVRO-2024: Müdafiəçi Bundestimin bazasını tərk etdi
Müdafiəçi Aleksandar Pavloviç Avro-2024-ə hazırlaşan Almaniya millisindən ayrılıb.
TodayPress xəbər verir ki, “Bayern Münhen” klubunun futbolçusunun infeksiyaya yoluxduğu qeyd olunur.
Bu səbəbdən o, Almaniya millisinin Hertsogenaurax şəhərindəki bazasını tərk edib. Müdafiəçinin xəstəliyinin xarakteri məlum deyil. Bundestimin qalan 25 üzvü Avropa çempionatının oyunlarına hazırlığını davam etdirir.
Qeyd edək ki, Avro-2024 A qrupunda yer alan Almaniya və Şotlandiya yığmalarının iyunun 14-də baş tutacaq açılış matçı ilə start götürəcək.
Namiq HUN
tag: Aleksandr Pavloviç, Müdafiəçi, Avro-2024, Almaniya, todaypress.az,