Avro 2024-dən kənar qalan ulduzlar

İdman

05.06.2024 18:13

Belçika Tedesko ilə münaqişəyə görə Kurtuanı itirdi, bəzi komandalar isə zədə aldı. TodayPress xəbər verir ki, artıq 24 komandanın hamısı Avro-2024 üçün ərizələrini təqdim edib. Təəssüf ki, bütün top futbolçular Avroda oynamayacaq. 

Qaret Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını tərk etməyən Reşforda zəif formada olduğundan bu dəfə ehtiyac duymayıb. Ceydon Sanço Almaniyada yenidən çiçək açsa da, bu İngiltərə yığmasına vəsiqə qazanmaq üçün kifayət etməyib. Son on ildə komandanın ayrılmaz hissəsi olan Rahim Sterlinq zəif formada olduğundan Avro heyətə yüksələ bilməyib. Ris Ceyms isə zədə səbəbindən yığmada oynamayacaq. 

Avro 2024-də yüksək müdafiə xətti ilə oynamağı planlaşdıran Nagelsmann 35 yaşlı Mats Hummelsi bu kriteriyaya uyğun görməyib. Leon Qoretska isə məşqçinin taktiki ideyalarına uyğun gəlmir. 

“Atalanta” sistemində böyüyən Skalvini İtaliya millisinin əsas müdafiəçisi olacaqdı, ağır zədələnməsəydi. 2020-ci ilin Avropa çempionu Manuel Lokatelliyə millinin baş məşqçisi Luçano Spalettinin fikirlərində yer yoxdur. 

Martin de Ron omba zədəsi səbəbindən Niderland millisinin heyətində yer almayıb. Yan Matsen isə zəif formada olduğundan Ronald Kuman ona millidə yer verməyib. 

İspaniya millisində oynayarkən zədələnən Qavi baş məşqçi Luis de la Fuentenin açıqladığı heyətdən kənarda qalıb. Kral Kubokunda vətərini zədələyən Aleks Balde də çempionata qatılmayacaq. 

Avstriyalı David Alaba çarpaz bağın yırtılması səbəbindən Avro 2024-dən kənarda qalacaq. 

Namiq HUN

tag: Avro, Atalanta, Belçika, Tedesko, todaypress.az,