Avro-2024-də son tur start götürür

İdman

23.06.2024 14:45

Avropa çempionatının qrup mərhələsində 3-cü tur həyəcanı başlayır. 

TodayPress xəbər verir ki, ilk olaraq A qrupunda iki qarşılaşma baş tutacaq. Qrup lideri Almaniya İsveçrə yığmasını sınağa çəkəcək. Bundestim artıq 1/8 finalda yerini təmin edib. İsveçrəlilər də demək olar ki, bu tapşırığın öhdəsindən gəliblər. 

Maraqlı detal Almaniya millisinin 2008-ci ildən İsveçrə yığmasını məğlub edə bilməməsidir. O vaxtdan bəri komandalar 3 dəfə qarşılaşıblar. İsveçrəlilərin aktivində 1 qələbə və 2 heç-heçə var. 

A qrupunun digər oyununda Şotlandiya Macarıstanla üz-üzə gələcək. Macarıstan yığması 1/8 finala yüksəlmək üçün ingilisləri layiqli top fərqi ilə məğlub etməlidir. Macarlar 1:0 hesabı ilə qalib gəlsələr, böyük ehtimalla pley-offu buraxacaqlar. Stiv Klarkın komandası isə qələbə fonunda üçüncü yerdən olsa belə, 1/8 finala vəsiqə qazanacaq. Heç-heçə isə şotlandların işinə yaramayacaq. 

A qrupunda hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Namiq HUN

tag: AVRO - 2024, Futbol, İdman, Avropa Çempionatı, todaypress.az,