Avro-2024-də erkən final: Morata nə edəcək?

İdman

18.06.2024 10:40

İspaniya millisinin hücumçusu Morata Avro-2024-də iştirak edən başqa ölkəyə sevgisini etiraf edib.

TodayPress xəbər verir ki, İspaniya millisinin futbolçusu Alvaro Morata qrup mərhələsinin 2-ci turunun İtaliya ilə oyunu öncəsi rəqib komandanın ölkəsini tərifləyib. 

“Mən İtaliyanı çox sevirəm. Orada mənə həmişə yaxşı münasibət göstəriblər (Yuventusdakı karyeramın iki mərhələsində). Amma mənim oynadığım Avro 2016 və Avro 2020-də italyanlar bizi məğlub ediblər. Onların çox rəqabətli olduqlarını bilirik. Bizi çətin oyun gözləyir. Onlar da İspaniyaya qarşı oynamağı sevmirlər” Morata deyib. 

İlk turun yekununa görə, B qrupunun liderləri olan İspaniya və İtaliya komandaları iyunun 20-də güclünü müəyyən edəcəklər. 

Namiq HUN

tag: İspaniya, Morata, Avro-2024,Futbol, todaypress.az,