Avro-2024: Belçika millisi Slovakiyaya məğlub oldu
İdman
17.06.2024 22:04
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.
TodayPress xəbər verir ki, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.
E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
tag: Belçika millisi, Slovakiya, Avropa çempionatı, İvan Şrants, todaypress.az,