Avro-2024: Azarkeş polisə hücum etdi
İdman
16.06.2024 17:11
Hamburq polisi Avro 2024-də azarkeşlərin korteji zamanı hücuma məruz qalıb.
TodayPress xəbər verir ki, Hamburq polisi Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Polşa – Niderland matçı öncəsi azarkeşlərin korteji zamanı çubuqlu şəxsin hücumunu şərh edib.
“Hazırda Sankt-Paulidə (Hamburqdakı kvartalda) polis əməliyyatı aparılır. İlkin məlumata görə, naməlum şəxs polisi çubuq və yandırıcı vasitə ilə hədələyib. Daha sonra polis odlu silahdan istifadə edib. Hücum edən şəxs yaralanıb və hazırda müalicə olunur” polis bildirib.
Polis əvvəlcə bibər qazından, sonra isə odlu silahdan istifadə edib. Hücum edən şəxsin yanında “Molotov kokteyli” olub. Bu şəxsin ayağından yaralandığı vurğulanır. Hazırda ona tibbi yardım göstərilir.
Qeyd edək ki, Polşa - Hollandiya oyunu bu dəqiqələrdə Hamburqdakı "Volksparkstadion" stadionunda keçirilir.
Namiq HUN
tag: Hamburq, Polis, Hücum, Avropa çempionatı, todaypress.az,