Avro-2024 Almaniyaya 1 milyard dollar qazandıracaq

İdman

14.06.2024 15:15

Futbol üzrə Avropa çempionatı Almaniya xəzinəsinə 1 milyard dollar gəlir gətirə bilər. TodayPress xəbər verir ki, qazanc mənbəyi ölkəyə turist axını ilə bağlıdır.

Qeyd edək ki, Avro-2024-ün final mərhələsinə Almaniyanın 10 şəhərinin elə o sayda stadionu ev sahibliyi edəcək. Qitə çempionatı düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. 

Avropa çempionatının hazırkı qalibi Londonun “Uembli” stadionunda Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır. 

Namiq HUN

tag: AVRO-2024, Almaniya, Dollar, Futbol, Çempionat, todaypress.az,