Avarçəkənlərin Füzulidə rəsmi paradı oldu
İdman
17.10.2024 11:40
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı olub.
TodayPress xəbər verir ki, tədbir Füzulidə keçirilib.
Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür.
Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.
Namiq HUN
tag: Litva, Estoniya, Gürcüstan ,Moldova, Türkiyə ,Füzuli ,Mingəçevir ,Avarçəkənlər ,todaypress.az,