Avarçəkənlərimiz “Prezident Kuboku”na 3 medalla başladılar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” reqatasında ilk yarış gününə yekun vurulub.
TodayPress xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 metr məsafəyə kayak-kanoe yarışları keçirilib.
Azərbaycan avarçəkənlərindən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə birnəfərlik kayak qayığında bürünc medala layiq görülüblər.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən olan 200-dən artıq idmançı iştirak edir.
Yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Namiq HUN
tag: Avarçəkmə,Prezident Kuboku,Yarış,Turnir,Todaypress.az,