Avarçəkənimiz multi-idman oyunlarında fərqləndi

İdman

15.06.2024 09:37

2528

Avarçəkən Bəhmən Nəsiri Tatarıstanın paytaxtı Kazanda təşkil edilən beynəlxalq “BRİCS” idman oyunlarında bürünc medal qazanıb. 

TodayPress xəbər verir ki, təsnifat mərhələsində uğurlu çıxış edən avarçəkənimiz A finalına vəsiqəni təmin edib. Həlledici yürüşdə Bəhmən Nəsiri finiş xəttini 3-cü keçərək bürünc medala sahib olub.

Namiq HUN

tag: Avarçəkən multi-idman oyunu, Bəhmən Nəsirli, Tatarıstan, BRİCS, Kazan, todaypress.az,