Avarçəkənimiz beynəlxalq reqatada qızıl medal qazandı
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, o, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirdə birnəfərlik kayak qayığında 1000 metr məsafəni hamıdan tez qət edib.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri daha əvvəl 3-ü gümüş, 5-i bürünc olmaqla ümumilikdə 8 mükafata sahib çıxıblar.
Namiq HUN
tag: Avarçəkmə,Yarış,Qızıl,Medal,Todaypress.az,