Avarçəkənimiz Avropa çempionu oldu
İdman
22.06.2024 12:00
Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və beach sprint üzrə Avropa çempionatında avarçəkənlərimiz uğurlu çıxış ilə yadda qalıblar.
TodayPress xəbər verir ki, yığma komandamızın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə, təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib.
Finalda idmançımız əzəli rəqibləri, İrlandiyadan olan Dukarska Monikanı və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Duetimiz həlledici yarışda 6-cı olub.
Namiq HUN
tag: Avarçəkən, Avropa, Çempion, Polşa, Diana Dımçenko, todaypress.az,