Australian Open finalını Medison Kiz qazandı

İdman

25.01.2025 18:10

2452

ABŞ tennisçisi Medison Kiz peşəkar karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

TodayPress xəbər verir ki, o, qadın tennisçilərin Melburnda keçirilən Avstraliya Açıq çempionatında fərqlənib. 

29 yaşlı tennisçi 2 saat 4 dəqiqə davam edən final qarşılaşmasında belaruslu Arina Sobolenko ilə mübarizədən qalib ayrılıb 2:1 (6:3, 2:6, 7:5).

Qeyd edək ki, Melburn uğuru ABŞ tennisçisi Medison Kizin 10-cu tituludur. 

Namiq HUN

tag: ABŞ,Tennis,Medison Kiz,Böyük Dəbilqə,İdman,todaypress.az,