Atletimiz beynəlxalq yarışın üçüncüsü oldu

İdman

01.07.2024 12:15

Atletika üzrə milli üzvü Mehdi Abbaszadə Rusiyada keçirilən “Asiya uşaqları” Vlll Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib. 

TodayPress xəbər verir ki, atletimiz Yakutsk turnirində 200 metr məsafəyə qaçışda 23.48 saniyə nəticə göstərib. Mehdi Abbaszadə bu göstərici ilə turnirin bürünc medalına sahib çıxıb. 

Namiq HUN

tag: Asiya uşaqları, İdman oyunları, Atletika, İdman, todaypress.az,