Atletimiz Balkan çempionatında rekord qırdı
Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçışda ölkə rekordunu yeniləyib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Əsgərov çempionatda 800 metr məsafəni 1:59.72 dəqiqəyə qət edərək U-18 yaş kateqoriyasında bu uğura imza atıb.
Namiq HUN
tag: Azərbaycan,Atlet,İsgəndər Əsgərov,U-20 Balkan çempionatı,todaypress.az,