"Atletiko"nun tribunaları bağlandı
İspaniyanın “Atletiko Madrid” klubunun La Liqanın növbəti 3 matçında tribunaları qismən bağlanacaq.
TodayPress xəbər verir ki, “hindular” Madrid derbisində azarkeşlərin meydana yad əşyalar atmasına görə bu cəzaya məruz qalıb.
“Atletiko” ölkə çempionatı çərçivəsində “Leqanes”, “Las Palmas” və “Alaves”lə ev matçlarında tribunada 5 min yerlik sektoru bağlamaq məcburiyyətində qalacaq.
Bundan əlavə, klub 45 min avro cərimələnib.
Namiq HUN
tag: İspaniya ,Atletiko Madrid ,Hindular ,Azarkeşlər, Las Palmas ,Alaves, todaypress.az,