“Atletiko” Şkrinyarı hədəfə aldı

İdman

28.12.2024 10:38

PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyar “Atletiko” klubunun maraq dairəsinə düşüb.

TodayPress “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, Avropa nəhəngi slovakiyalı arxa xətt oyunçusunu heyətinə qatmaq istəyir. 

“Napoli”, “Yuventus” və “Qalatasaray” da 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

PSJ Şkrinyarı 35 milyon avroya buraxmağa hazırdır.

Qeyd edək ki, Milan Şkrinyar cari mövsüm Paris təmsilçisinin heyətində cəmi 5 oyun keçirib. Onun Fransa çempionu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Namiq HUN

tag: Yuventus ,Qalatasaray, Paris ,Təmsilçi, todaypress.az,