"Atletiko" rekord qırdı

İdman

13.01.2025 12:17

TodayPress xəbər verir ki, Madrid təmsilçisi İspaniya La Liqasının XIX turunda “Osasuna”nı (1:0) məğlub etməklə qələbələrin sayına görə yeni göstəriciyə nail olub.

Baş məşqçi Dieqo Simeonenin komandası cari mövsüm iştirak etdiyi bütün turnirlərdə 14 qələbə qazanıb.

Madrid təmsilçisi İspaniya çempionatında ardıcıl 8 qələbəyə sevinib. Bundan başqa “Atletiko”nun İspaniya Kubokunda və UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç qələbəsi var.

Qeyd edək ki, daha əvvəl "Atletiko"nun ən yaxşı seriyası 2012-ci ilin avqust-oktyabr aylarında 13 matçdan ibarət olub. O zaman da komandaya argentinalı mütəxəssis rəhbərlik edirdi.

Namiq HUN

tag: Atletiko, UEFA ,Çempion, ispaniya, todaypress.az,