“Atletiko” Qallaherə “elçi düşdü”
İdman
04.07.2024 11:05
“Atletiko Madrid” futbol klubu 50 milyonluq transfer hədəfini açıqlayıb.
TodayPress xəbər verir ki, La liqa təmsilçisi İngiltərə yığmasının futbolçusu Konor Qallaherə təklif göndərəcək.
24 yaşlı futbolçunun “Çelsi” klubunu tərk edəcəyi iddia olunur. Yarımmüdafiəçi yeni baş məşqçi Entso Mareskanın planlarına uyğun gəlmir.
Qallaherin transfer qiyməti 50 milyon avro dəyərləndirilir. Məbləğ “Atletiko” üçün yüksək olsa da, komanda futbolçunun keçidini həll etmək istəyir.
Qeyd edək ki, Konor Qallaherin London klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.
Namiq HUN
tag: Atletiko, Qallaher, Çelsi, Transfer, Müqavilə, todaypress.az,