“Atletiko Madrid” səfərdə qələbə qazandı

İdman

06.04.2025 21:00

12

İspaniya La Liqasında XXX turun görüşləri davam edir. 

TodayPress xəbər verir ki, günün ilk matçında "Las Palmas" öz meydanında "Real Sosyedad"la qarşılaşıb. 

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Turun digər matçında "Atletiko Madrid" səfərdə bu mövsüm istənilən nəticələri əldə edə bilməyən "Sevilya" ilə üz-üzə gəlib. Qonaqlar rəqibini son dəqiqələrdə vurduğu qolla məğlub etməyi bacarıb. Görüş "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

tag: İspaniya , La Liqa,Las Palmas,Real Sosyedad,Atletiko Madrid,todaypress.az,