“Atletiko” Korreanı uzun müddətə itirə bilər
“Atletiko” klubunun argentinalı futbolçusu Anxel Korrea uzun müddətə cəzalana bilər.
TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, səbəb onun La Liqanın XXVII turunda “Xetafe” ilə matçda (1:2) baş hakimi təhqir etməsidir.
Hücumçu 88-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
O, meydanı tərk edərkən hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu isə matçın nümayəndəsinin rəsmi hesabatında qeyd olunub.
Qeyd edək ki, La Liqanın əsasnaməsində hakimə, onun köməkçilərinə, həmçinin rəhbərliyə və ya idman rəsmilərinə ünvanlanan təhqiramiz ifadələrə görə 4-12 oyunluq cəza nəzərdə tutulur.
Namiq HUN
tag: Atletiko Madrid,Klub,Anxel Korrea,Futbol,Cəza,Todaypress.az,