"Atletiko" klubu azarkeşlərlə bağlı qadağa tətbiq edəcək
İdman
01.10.2024 00:14
İspaniyanın "Atletiko" (Madrid)
komandası azarkeşlərin üzlərini gizlədə biləcək.
TodayPress klubun mətbuat xidmətinə
istinadən xəbər verir ki, ötən gün La Liqanın VIII turunda doğma meydanda
"Real"ı (Madrid) qəbul edən "Atletiko"nun üzlərini
gizlətmək üçün maska taxan bəzi
azarkeşləri meydançaya yad əşyalar atıblar.
Bu səbəbdən stadiona gələn şəxslərin üzünün görünməsinə
mane olan hər hansı geyimdən istifadəsinə qadağa qoyulacaq. Qaydanı pozan
azarkeşlər stadiondan uzaqlaşdırılacaq.
Qeyd edək ki, paytaxt təmilçisi ölkə çempionatında səkkiz
turdan sonra 16 xalla üçüncü pillədə qərarlaşıb.
tag: Atletko, İdman, İspaniya, Azzərbaycan,todaypress.az,