“Atletiko” itki ilə üzləşdi

İdman

22.10.2024 15:05

Madrid “Atletiko”sunun futbolçusu bir ay oynamayacaq.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Kleman Lanqle zədələnib. 

La Liqanın X turunda “Leqanes”lə matçda (3:1) xəsarət alan müdafiəçi  bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Lanqle bu mövsüm 2 oyunda meydana çıxıb.

Namiq HUN

tag: Madrid, Atletiko,La Liqa, Leqanes, Lanqle, todaypress.az,