"Atletiko" Avropa çempionunu transfer etdi

İdman

03.08.2024 16:22

"Atletiko" heyətinə yeni futbolçu qatıb.

TodayPress xəbər verir ki, Madrid təmsilçisi "Real Sosyedad"dan 27 yaşlı mərkəz müdafiəçisi Robin Le Normanı transfer edib. 

"Real Sosyedad"ın bu transferdən qazancı 30 milyon avro təşkil edib. 

Qeyd edək ki, Le Norman 2016-cı ildən "Real Sosyedad"da oynayırdı. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 43 oyun keçirib və 2 qol vurub. Futbolçunun "Real Sosyedad"la müqaviləsi 2026-cı ilin iyul ayına kimi qüvvədə idi.

 Robin Le Norman İspaniya millisinin tərkibində son Avropa çempionatının qalibi olub.

Namiq HUN

tag: Avropa, Atletiko, Real Sosyedad, Le Norman, İspaniya, todaypress.az,