“Atletik”in yarımmüdafiəçisi ayın futbolçusu seçildi
Dünyada mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
TodayPress Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (IFFHS) istinadən xəbər verir ki, ilk rübün qalibləri sırasına “Atletik” klubunun və İspaniya millisinin vingeri Niko Uilyams adını yazdırıb.
Mart ayının ilk üçlüyünü “Bavariya”dan Coşua Kimmix və “Barselona”dan Lamin Yamal təşkil edib.
Qeyd edək ki, Niko Uilyams kimi, 2025-ci ilin ilk rübündə “Liverpul”dan Məhəmməd Salah, “Real Madrid”dən isə Kilian Mbappe ən yaxşı futbolçu seçilib.
Namiq HUN
tag: Atletik,Niko Uilyams,Ayın Futbolçusu,Futbol,Todaypress.az,