Atlet tamaşaçını öldürdü

İdman

28.01.2025 15:05

1364

ABŞ-nin Kolorado Universitetində keçirilən atletika yarışında faciə baş verib.

TodayPress xəbər verir ki, çəkicatmada mübarizə aparan iştirakçının göndərdiyi çəkic qoruyucu maneələri yararaq 57 yaşlı kişiyə dəyib. 

Tamaşaçı zərbədən yerində ölüb. O, “Colorado United” klubunun atletlərindən birinin valideyni olub. 

Qeyd edək ki, Dünya Atletikasının qaydalarına görə kişilərin yarışında çəkicin çəkisi 7 kq olur.

Namiq HUN

tag: ABŞ,Kolorado Universiteti,Tamaşaçı ,Zərbə,Dünya Atletikası,todaypress.az,