“Atalanta”nın “qol silahı” Premyer Liqa yolunda

İdman

04.11.2024 11:30

“Vest Hem” futbol klubu “Atalanta”nın hücumçusu Ademola Lukmanı transfer etmək istəyir.

TodayPress “TEAMtalk”a istinadən xəbər verir ki, London təmsilçisi cari mövsümdən əvvəl forvardla maraqlanırdı. 

Berqamo təmsilçisi hücumçu üçün 60 milyon avro tələb edir.

Lukmanın “Atalanta” ilə müqaviləsi 2026-cı ilə qədərdir. Klub rəhbərliyi futbolçu ilə anlaşmanı daha bir neçə il uzatmaq niyyətindədir. 

“Transfermarkt” internet portalında 27 yaşlı futbolçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, cari mövsüm Lukman A Seriyasında “Atalanta”nın heyətində 8 oyunda meydana çıxıb. O, bu görüşlərdə 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: London,Lukman,Atalanta, Klub, Transfermarkt, todaypress.az,