"Atalanta" Zanyolonu birdəfəlik transfer edəcək
İdman
27.12.2024 18:33
“Atalanta” klubu mövsümün əvvəlində “Qalatasaray”dan icarəyə götürdüyü Nikolo Zanyolo ilə bağlı qərar verib.
TodayPress İtaliya mətbuatına istinadən xəbər verir ki, Berqamo təmsilçisi hücumameyilli yarımmüdafiəçinin transfer hüququna yiyələnəcək.
“Atalanta” 6.4 milyon avroya icarəyə götürdüyü 25 yaşlı futbolçunu birdəfəlik transfer edəcək. Klub rəhbərliyi onun üçün “Qalatasaray”a əlavə 15.5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Nikolo Zanyolo “Atalanta”nın heyətində keçirdiyi 17 rəsmi matçda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Atlanta, Futbol, Berqamo, Təmsilçi, todaypress.az,