"Aston Villa"da yeni müqavilə imzalandı
TodayPress xəbər verir ki, Birmingem klubu baş məşqçisi Unay Emeri ilə 2029-cu ilə kimi nəzərdə tutulan yeni uzunmüddətli müqavilə imzalayıb. Klub bir ay ərzində ispan çalışdırıcı ilə müqaviləni ikinci dəfə uzadıb. Əvvəlki müqavilə 2027-ci ilə qədər qüvvədə idi.
“Aston Villa”da hər şey birlikdə mükəmməl işləyir. Azarkeşlərin dəstək faktoru da özünü evdəki kimi hiss etməyə kömək edir. Biz səyahətimizə davam etməyə hazırıq və arzularımızın həddi-hüdudu yoxdur”, - Emeri bildirib.
52 yaşlı mütəxəssis 2022-ci ilin payızından “Aston Villa”ya rəhbərlik edir. O, ilk mövsümündə komandanı İngiltərə çempionatında 17-ci yerdən 7-ci yerə yüksəldib. 2023/24-cü illər mövsümündə isə Birmingem komandası Premyer Liqada dördüncü yeri tutaraq 1983-cü ildən bəri ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, “Sevilya” klubu Unay Emerinin rəhbərliyi altında üç il ardıcıl Avropa Liqasının qalibi olub. Daha sonra o, “Vilyarreal”la bu turniri qazanıb.
tag: Aston Villa, Football, Premyer Liqa, todaypress.az,