“Aston Villa” Martineslə yeni müqavilə imzaladı

İdman

22.08.2024 09:54

Argentina yığma komandası ilə dünya çempionu titulunu qazanan qapıçı Emiliano Martines "Aston Villa" klubu ilə yeni müqavilə imzalayıb.

TodayPress xəbər verir ki, tərəflər arasında yeni razılaşma 2029-cu ilədək nəzərdə tutulub. 

Martines 2020-ci ildən Birmingem təmsilçisində çıxış edir. 

O, Premyer Liqada bir mövsümdə ən çox quru oyun keçirən qolkiperdir. Onun hesabında 15 belə matç var.

Qeyd edək ki, Emiliano Martines Qətər mundialının qalibi olmaqla yanaşı, 2 dəfə də Amerika kubokunu qazanıb.

Namiq HUN

tag: Amerika, Emiliano Martines ,Qətər,Argentina, Birmingem, todaypress.az,