“Aston Villa” hücumçusunun qiymətini açıqladı
İdman
20.01.2025 14:15
PSJ klubu “Aston Villa”nın futbolçusu Con Duranın transferi ilə bağlı danışıqları davam etdirir.
TodayPress xəbər verir ki, Premyer Liqa təmsilçisi transfer üçün parislilərdən 70 milyon avro istəyir.
Forvardın keçidi yanvarda baş tutmasa, PSJ transferi yayda reallaşdırmağa çalışacaq.
Qeyd edək ki, Con Duran cari mövsüm meydana çıxdığı 27 matçda 12 qol vurub. 21 yaşlı futbolçunun “Aston Villa” ilə müqaviləsi 2030-cu ilin yayında başa çatacaq.
Namiq HUN
tag: İdman, Futbol, Aston Villa, Premyer Liqa,