"Aston Villa" Disasini transfer etdi

İdman

04.02.2025 13:16

İngiltərənin "Aston Villa" klubu London təmsilçisi "Çelsi"dən Fransa millisinin heyətində dünya çempionatının gümüş medalını qazanmış Aksel Disasini transfer edib.

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Birmingem təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, A.Disasi bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 17 matçda 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

tag: İngiltərə,Aston Villa,London ,Çelsi,Fransa,Aksel Disasi,