“Asiya uşaqları” Oyunlarında daha 3 medal qazandıq
İdman
29.06.2024 13:58
Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycan millisi daha 3 medal qazanıb.
TodayPress xəbər verir ki, Yakutsk turnirində qadın güləşçilərinin yarışında Rəna Nuriyeva (54 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olub. Gülnar Ağadadaşova (39 kq) və Simura Abdullayeva (62 kq) isə fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Nəticədə komandamızın ümumi hesabda aktivindəki medal sayı 14 olub. Daha öncə idmançılarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medala yiyələnib.
Namiq HUN
tag: Asiya Uşaqları, Rusiya, Yakutsk, Komandamız, todaypress.az,