Asiya Çempionlar Liqası: "Əl-Nəsr" turnirlə vidalaşdı

İdman

30.04.2025 23:20

6

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

TodayPress xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldunun kapitanı olduğu "Əl-Nəsr" Yaponiyanın "Kavasaki Frontale" klubu ilə qarşılaşıb.

Ciddədə keçirilən görüş yaponların üstünlüyü ilə başa çatıb. Ərəblər buraxılan üç qoldan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 2:3.

Beləliklə, "Kavasaki" adını finala yazdıraraq Səudiyyə Ərəbistanının digər bir təmsilçisi "Əl-Əhli"yə rəqib olub. Sonuncular final yolunda "Əl-Hilal"a 3:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının həlledici matçı mayın 3-də oynanılacaq.

tag: Asiya, Çempion, Ən- Nəsir, Vida, Yaponiya,todaypress.az,