AŞF 8 beynəlxalq open yarış təşkil edəcək

İdman

16.04.2025 12:44

11

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” (“Chess Tour Azerbaijan”) keçirəcək.   

TodayPress xəbər verir ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində 7 şəhərdə 8 beynəlxalq open yarış təşkil olunacaq.   

Beynəlxalq xarakter daşıyacaq turnirlər ölkə üzrə şahmatçıların təcrübəsini artırmaq məqsədi daşıyır.   

Şahmat turu aprelin 28-dən etibarən “Baku Open” beynəlxalq şahmat festivalı ilə start götürəcək.

Daha sonra Şəki, Şamaxı, Lənkəran, Quba və Gəncə şəhərlərində təşkil olunacaq tura 19-26 noyabrda “Shirvan Open”lə yekun vurulacaq. 

Qeyd edək ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.   

Namiq HUN

tag: AŞF,Şahmat,Tur,Oyun,Todaypress.az,