Artyom Yenin öldü

İdman

09.10.2024 17:35

1933

Rusiya millisinin və Yaroslavlın "Şinnik" klubunun sabiq futbolçusu Artyom Yenin 49 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, Artyom Yenin 1994-2002-ci illər ərzində "Şinnik"in heyətində 131 oyun keçirib və 6 qol vurub.

O, Rusiya millisinin heyətində cəmi 1 dəfə - 1998-ci ildə İspaniya ilə yoldaşlıq matçında meydana çıxıb.

Karyerasını başa vurduqdan sonra isə uzun müddət "Şinnik" klubunun nəzdində fəaliyyət göstərən Yeniyetmə Futbolçuların Hazırlıq Mərkəzində çalışıb.

Nərmin Tuncay

tag: Rusiya ,Şinnik ,Artyom Yenin, Ölüm ,Karyera ,todaypress.az,