Arteta Güleri transfer etməkdə israrlıdır
İdman
26.11.2024 13:48
İngiltərənin “Arsenal” futbol klubu heyətini Arda Gülerlə gücləndirmək istəyir.
TodayPress “Todofichajes”ə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta “Real Madrid”in yarımmüdafiəçisini dəvət etməkdə şəxsən maraqlıdır.
Arteta türkiyə millisinin 19 yaşlı üzvünün norveçli Martin Odeqard kimi məhz “Arsenal”da parlayacağına inanır.
Qeyd edək ki, Gülerin transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir. Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin yayında başa çatacaq.
Arda La Liqanın cari mövsümündə 9 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: ingiltərə, Arsenal, Arda Güler, Martin, La Liqa, todaypress.az,