Arteta futbolçusuna içki qutularını daşıtdırdı
İdman
28.09.2024 11:00
İngiltərənin “Arsenal” klubunun futbolçusu Leandro Trossard baş məşqçi Mikel Arteta tərəfindən cəzalandırılıb.
TodayPress xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Trossard Premyer Liqanın V turu “Mançester Siti” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün yüngül cəzaya məruz qalıb.
Belçikalı vinger məşq üçün klubun bazasına gələrkən Artetanın istəyi ilə içki qutularını daşıyıb.
Qeyd edək ki, Mançester qarşılaşmasından sonra “Arsenal”ın baş məşqçisi Mikel Arteta Leandro Trossardın qırmızı vərəqə almasına parlaq cavab verib.
“Arsenal” heç vaxt topu uzaqlaşdırdığı üçün qırmızı vərəqə almayıb, axmaqlığa görə ikinci sarı vərəqə alıb”.
Xatırladaq ki, “Mançester Siti” - “Arsenal” görüşü 2:2 hesabı ilə başa çatıb.
Namiq HUN
tag: Mançester Siti ,Liqa ,Arsenal ,Leandro Trossard ,Mikel Arteta ,todaypress.az,