Arteta “Arsenal”a sadiq qaldı

İdman

12.09.2024 13:30

İspaniyalı mütəxəssis Mikel Arteta 2027-ci ilə qədər “Arsenal”da qalmaq qərarına gəlib.

TodayPress xəbər verir ki, London klubu ilə baş məşqçi daha üç illik əməkdaşlığa razılaşıblar. 

Artetanın “Arsenal”la hazırkı müqaviləsi daha bir il müddətində qüvvədədir.

Qeyd edək ki, Mikel Arteta “Arsenal”la 1 dəfə İngiltərə kuboku, 2 dəfə isə İngiltərə superkubokunun qalibi olub.

Namiq HUN

tag: İspaniya ,Mikel Arteta, Arsenal ,London, İngiltərə, todaypress.az,